Interposta.Info

Məmurların özbaşınalığından bezən xanım alim qarajda yaşamaq istəyir (FOTOLAR)

Gündəm
 15-03-2021, 14:46     155

"Nizami rayon İcra Hakimiyyəti mənim yaşadığım köhnə 5 mərtəbəli binaya bitişik restoran tikintisinə icazə verib. Əsas göstərilən binanın 2 otaqlı mənzilinin qeyri-yaşayış obyektinə çevrilməsi olsa da, restoran müstəqil böyük bir tikilidir. Digər tərəfdən ölkə qanunvericiliyi yaşayış binasındakı mənzilin restoran məqsədilə qeyri-yaşayış sahəsinə çevrilməsinə icazə vermir. Bundan başqa qanun maddələri hər bir halda binada yaşayan qonşuların razılığının alınmasını əsaslandırsa da, heç kəsdən, o cümlədən məndən razılıq alınmayıb. Nizami rayon İH sakinlərə adi təmir icazəsi vermədiyi halda maşınlarla daşın tökülüb restoran tikilməsinə sözsüz olaraq rüşvətlə və ya qorxub çəkindikləri üçün icazə verib. İcra Hakimiyyətinin əvvəl müavini, indi başçı əvəzi hələ küçəni də bu restorana açıq fəaliyyət üçün verib".

Bu sözləri Qaynarinfo-ya elmlər doktoru, 7 monoqrafiya müəllifi, Fəlsəfə İnstitutunun "Multikulturalizm və Tolerantlıq fəlsəfəsi" şöbəsinin müdiri Xatirə Quliyeva deyib.



Məmurların özbaşınalığından bezən xanım alim qarajda yaşamaq istəyir (FOTOLAR)


25 ildir bir otaqlı təmirsiz evdə yaşadığını deyən şikayətçi haqqında danışdığı restoranla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 10 dekabr 2020-ci il tarixində akt tərtib etdiyini bildirib:

"Nizami rayon İcra Hakimiyyətinin Qərib Məmmədova və FHN-nin Agentlik rəisi Cəbrayıl Xanlarova aktla birlikdə qanunsuz tikilinin sökülməsi üçün 7 iş günü vaxt verdiklərini bildirən məktub göndərib. Amma bu akt da, məktub da, əsas 7 iş gününə sökülməsi tapşırığı da gözdən pərdə asmaq kimi bir jestdir. Çünki FHN "heç bizə belə akt, məktub gəlməyib" deyir, Nizami rayon İH "biz Dövlər Şəhərsalma və Arxitektura Komitəsinin Dövlər Şəhərsalma və Arxitektura Komitəsini tanımırıq, biz Bakı şəhər İcra Hakimiyyətli olə işləyirik" deyir. Fakt da budur ki, məktubun bu səlahiyyət sahiblərinə göndərildiyi 17 dekabr 2020-ci il tarixindən artıq 3 ay keçir. Restoran yerində, hətta İcra Hakimiyyəti onun üstündə tir-tir əsir.

Mənim mənzil, mülkiyyət hüquqlarımı pozan, yaradıcı fəaliyyətimə ciddi sürətdə mane olan yaşadığım binaya bitişik tikilmiş bu restoranın həyatı təhlükəsindən qurtulmaq üçün Nizami rayon bələdiyyəsinin 2012-ci il 29 dekabr qərarı ilə istifadəmdə olan dəmir qarajı daşla hörüb ora yığışmaq istəyirəm. Çox adam utanar bu qərarını dilə gətirməkdən. Amma mən utanmıram. Çünki tarixi az-çox bilirəm, dünya klassiklərinnin məşəqqətli həyat şablonları hər svilizasiyanı izləyir. Çəllək olsun, hüzur olsun! Gedəcəyim son ünvan hətta bu qarajın ölçüsündən 3 dəfə kiçik olacaq. Beləcə, mən 2-ci blokunda yaşadığm köhnə binanın 1-ci blokunda qanunsuz tikilmiş restoranın real təhlükəsindən 6 metrəlik qaraja köçüb yaşamağı üstün tuturam. Kimsə ürəyindən keçirər alimin, həm də xeyli tanınmış alimin qaraja sığınması ölkə üçün ayıbdı. Avropadan dostlar eşidər... Bu ayıb deyil, ayıb bir binanın başında elə bu cür nəhəng qanunsuz tikiliyə icazə verənlərin həmin binanın "ayağında” 6 metrəlik dəmir qarajı daşla tikməyə rüşvət verməyib, deyə icazə verməməsidir. Şüur və vicdan gərəkdir ayıbı müəyyən etmək üçün.

Beləcə, Nizami rayonunun başçı əvəzi - Qərib Məmmədov uzun yazışmalardan sonra mənim bu haqlı tələbimlə bağlı 22 oktyabr 2020-ci il tarixində Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və onun nəzdindəki Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə məktub ünvanladı. Bu məktub hörmətli cənab Anar Quliyevin rəhbəri olduğu qurumda yerli-dibli itdi. Məcbur olub dəfələrlə məktub yazdım, hələ bu məsələni geniş şəkildə mediada işıqlandırdım və faktdır ki, 15 iş günü ərzində verilməli olan cavab mənə 2 ay sonra - yəni 23 dekabrda gəldi.

Dövlət qurumundan müəmmalı sürətdə yoxa çıxan, 2 ay sonra tapıldıqda və elektron qaydada ünvanıma göndərildikdə üzərində 25 noyabr tarixi yazılan bu məktubda dəmir qarajın tikintisinə icazə verilməsi üçün AR Prezidentinin 28 dekabr 2018-ci il tarixli 460 nömrəli Fərmanın 3.2.1 maddəsi ilə nəzərdə tutulan sənədlər - torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin sürəti; tikinti layihəsinin sürəti və şəxsiyyətini təsdiq edən sənədin sürəti, istənildi. Dərhal, 24 dekabr, 2020-ci il tarixdə istənilmiş həmin sənədləri göndərdim.

15 iş gününü gözləyirəm ki, nəhayət tikintiyə icazə veriləcək. Anar Quliyevin rəhbərlik etdiyi Komitənin Bakı Şəhər Memarlıq və Şəhərsalma baş İdarəsindən Nigar Bədəlovadan məlumat alıram ki, mənim məsələmə baxmaqdan imtina barədə qərar veriblər. Əsas kimi də şifahi sürətdə dəfələrlə müraciət etməyimə görə imtina edildiyi bildirlir. Guya cavab veriblər. 22 oktyabrda rayon İH-nin məktubu olub, 23 oktyabrda mənim. Nəinki cavab vermək, yerli-dibli itib. İkincisi, birdən zəng etməyəydim, imtina olunduğunu hardan biləcəkdim?.. Aydın olan budur ki, 100-lərlə mənim kimi rüşvət verməmiş vətəndaşın başına bu və bu kimi oyunlar açılır".

İmtina barədə məlumatı aldıqdan sonra dövlət müəssisəsində itmiş məktun axtarılması, qanunsuz imtinanın bərpasına görə təkrar-təkrar yazdım, zəng etdim. 02.02.2021-ci il tarixdə həmin sənədləri bir daha göndərib süründürməçiliyə son qoyulmasını və problemimin həll edilməsini xahiş etdim. Üstəlik, media vasitəsi ilə Baş Prokurora ünvanladığım şikayət məktubunu əvvəl linkdə, sonra Ərizə formasında Komitəyə göndərmişəm. 17.02.2021-ci il tarixdə mənə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəis vəzifəsini icra edən Rüfət Mahmud tərəfindən yenə AR Prezidentinin 28 dekabr 2018-ci il tarixli 460 nömrəli Fərmanın 3.2.1-ci yarım bəndində nəzərdə tutulan sənədlərin istənildiyi məktub gəlib. 18.02.2021-ci il tarixdə təkrarən (artıq 4-cü dəfə) Anar Quliyevin rəhbərlik etdiyi "Arxkom”un tələb etdiyi 460 saylı Fərmana müvafiq sənədləri rezdensiyasına göndərmişəm.

18 fevralda Əmlak Məsələləri Xidmətinə yollandım. Xeyli gözlədikdən sonra qəbulunda olduğum pəncərədəki xanım müraciətin məzmununu bilən kimi, "dəmir qarajın bizə aidiyyəti yoxdu" deyib, ərizəmi qəbul etmədi. Rəislərinin qəbuluna gedib, ərizəni qəbul etməli olduqlarını bildirdim. Çox mədəni, məsuliyyətli bir rəis mənə "onsuz da rədd cavabı gələcək" desə də, sağ olsun tapşırdı, ərizəmi qəbul etdilər. Heç 10 gün keçməmiş həmin Dövlət Xidmətin bir idarəsindən ünvanıma qaraja baxış üçün gəldilər. Onlar da eynilə, rədd cavabı gələcək deyib, qarajı ölçüb-biçib getdilər və 11.-03.2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Namiq Məmmədov ad-soyadlı rəis müavinin imzası ilə qanun maddələri ilə geniş izah olunmaqla "Dəmir qaraj daşınmaz əmlak olmadığı üçün reystr qeydiyyatına alınmır” məzmununda məktub gəldi.

Bəli, çox doğru cavabdır. Bəs bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məmurları bilmirlər?! Elə həmin axşam, 11.03.2021-ci il tarixində mənə Rüfət Mahmudun imzası ilə gələn məktubda yenə də təkrar olaraq Prezidentin 28 dekabr 2018-ci il tarixli 460 nömrəli Fərmanında nəzərdə tutulan sənədlərlərdəki müddəalar xatırladılır və habelə, tikintiyə icazə üçün dəmir qarajın Daşınmaz Əmlakrn Dövlət Reyestri Xidmətində qeydiyyatan keçib rəsmiləşdirilməsi irəli sürürdü.

Anar Quliyevin məmurları rüşvət əldə etmədikləri üçün məni 7 aydır süründürür, qanundan kənar sənədlər istəyirlər və nəhayətdə də icazə vermirlər. Mənim məsələm qanunla 10 gün müddətinə həll olunmadığı halda 7 aya həll olunmur. Bəlkə doğrudan da rüşvətə görədir. Bəlkə mənim kimi süründürülənlərin 90 faizi bezib, rüşvət verir.

Qanun mənə tikintimi aparmağa əsas verir. Arzu edirəm ki, aidiyyatı şəxslər bu haqlı şikayəti diqqətlə oxusun və haqsızlıqlara son qoyulsun".

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26