Interposta.Info

ÜST-dən koronavirusla bağlı şad xəbər

Gündəm
 17-02-2021, 09:02     536

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş katibi Tedros Adhanom Qebreisus koronavirusla bağlı sevindirici açıqlamalar verib.

Bu barədə ÜST rəhbəri "Twitter” hesabında yazıb.

Dünyadakı xəstəlik sayının 5 həftədir ardıcıl azaldığını qeyd edən Qebreisus deyib ki, bu il indiyə qədər həftəlik olaraq bildirilən xəstə sayı 4 yanvar həftəsində 5 milyondan çox yoluxmadan fevral həftəsində 2,6 milyon yoluxmaya düşüb:

"Beş həftədə yoluxma hardasa yarıya enib. İndi vacib olan bu tendensiyaya necə reaksiya göstərəcəyimizdir. Yanğın sönməyib amma ölçüsü azalıb. Hər hansı bir cəbhədə onunla mübarizəni dayandırsaq geri qayıdacaq”./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26