Interposta.Info

Azərbaycanda son sutkada koronavirusun statistikası

Gündəm
 3-02-2021, 17:55     680

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 361 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 230 617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 168 nəfər müalicə olunaraq sağalıb, 3 145 nəfər vəfat edib, aktiv xəstə sayı 3 304 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 198, ötən müddət ərzində isə ümumilikdə 2 426 945 test aparılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26