Interposta.Info

Son sutkada Azərbaycanda koronavirusun statistikası

Gündəm
 22-01-2021, 22:20     462

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 280 yeni yoluxma faktı qeydə alınıb, 632 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 526 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 219 019 nəfər müalicə olunaraq sağalıb, 3 064 nəfər vəfat edib, aktiv xəstə sayı 6 443 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 144, ötən müddət ərzində isə ümumilikdə 2 347 951 test aparılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26