Interposta.Info

Erməni təşkilatı Azərbaycan səfirini təhdid edir (FOTO)

Gündəm
 30-01-2021, 11:33     637

Azərbaycanın ABŞ-dakı səfiri ermənilər tərəfindən təhdid edilir.

"İnterPosta"nın məlumatına görə, Azərbaycanın ABŞ-dakı Səfirliyindən Qaynarinfo-ya bildirilib ki, Amerikanın Erməni Milli Komitəsi (ANCA) Azərbaycanın ABŞ-dakı Səfirliyini hədəf alaraq, ölkəmizə, habelə səfir Elin Süleymanova qarşı nifrət zəminində və təhdid xarakterli ifadələrlə dolu kampaniyaya başlayıb.

"ANCA rəsmi twitter və Facebook hesabında səfiri müharibə cinayətlərində ittiham edib. ANCA-nın bu statusu bir sıra erməni icması üzvlərinin ölkəmizə və səfirə qarşı eyni zəmində təhqir dolu mesajlar paylaşmasına səbəb olub”, - məlumatda bildirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26