Interposta.Info

Azərbaycan daha 5 erməni hərbi əsiri Ermənistana qaytardı

Gündəm
 28-01-2021, 20:12     497

Azərbaycan daha beş hərbi əsiri Ermənistana qaytarıb.

''İnterPosta''-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib.

Hərbi əsirlərin qaytarılması Rusiyanın vasitəçiliyi ilə baş tutub.

Erməni hərbi əsirləri daşıyan təyyarə artıq Bakıdan havaya qalxıb.

Onları Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov müşayiət edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26