Interposta.Info

Sülhməramlılar Qarabağa 47 834 ermənini qaytarıb - xəritə

Gündəm
 8-01-2021, 11:54     694

Rusiya Müdafiə Nazirliyi Qarabağdakı vəziyyətlə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, 7 yanvarda atəşkəs bütün istiqamətlər üzrlə qorunub-saxlanılıb.
"İnterPosta" xəbər verir ki, sülhməramlıların “Qaynar xətti”nə 574 müraciət daxil olub. Ötən sutka ərzində Ermənistandan Qarabağa 181 “qaçqın”ın qayıtdığı bildirilir. 14 noyabr 2020-ci ildən bu günədək isə Qarabağa qaytarılanların sayının 47 834 nəfər olduğu açıqlanıb. Ümumilikdə rusiyalı həkimlər 1150 nəfərə tibbi yardım göstərib, onlardan 144-ü uşaqdır. Məlumatda deyilir ki, Qarabağda 439,9 ha ərazi, 164,8 km yol döyüş sursatından təmizlənib,

Musavat.com xəbər verir ki, erməni mediasında da dərc olunmuş sülhməramlıların təsir zonası ilə bağlı hazırladığı xəritədə əvvəlki yanlışlıqlar ortadan qaldırılıb. Belə ki, Hadrut və Tərtər istiqamətində “irəliləyiş” cəhdləri artıq mövcud deyil.

Qeyd edək ki, ölkəmizin prezidenti son müşavirədə həm Ermənistana sərt xəbərdarlıqlar edib, həm də sülhməramlıların qırmızı xətti keçməməsinə yönəlik fikirlər səsləndirib.\musavat.com



İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26