Interposta.Info

Rusiya sülhməramlıları Ermənistandan Qarabağa yola düşdü (VİDEO)

Siyasət / Gündəm
 11-11-2020, 09:45     524

Ermənistana gələn Rusiya sülhməramlılarından ibarət bölük atəşkəsə nəzarət etmək üçün Qarabağa yola düşüb.

"İnterPosta" oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sülhməramlılar kalonlar formasında Qarabağa doğru irəliləyirlər. Hərbçilər 250 kilometrdən çox məsafə qət edəcəklər.

Qeyd edək ki, gecə saatlarında Bortunda Rusiya sülhməramlıları olan 12 ədəd İl-76 təyyarəsi Ermənistana enib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26