Interposta.Info

Azərbaycanda daha 4268 nəfər koronavirusa yoluxdu

Gündəm
 12-12-2020, 18:18     405

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 268 yeni yoluxma faktı qeydə alınıb, 4 085 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 43 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 171 423 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 107 635 nəfər müalicə olunaraq sağalıb, 1 883 nəfər vəfat edib, aktiv xəstə sayı 61 905 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 378, bu günə qədər isə ümumilikdə 1 938 244 test icra olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26