Interposta.Info

Ermənilərin Azərba)ycan tərəfdən döyüşdüyü dediyi terrorçu öz adamları çıxdı (VİDEOFAKT)

Gündəm
 4-11-2020, 15:24     713

Qarabağda saxlanılan ikinci suriyalı "terrorçu”nun (guya Azərbaycanın tərəfində döyüşürmüş) PKK kürd terror təşkilatının üzvü olduğu məlum olub. Bu qurumun yaraqlıları ermənilərin tərəfində döyüşürlər.

Bunu kürdlərin özlərinin sosial şəbəkələrdə yaydıqları video sayəsində müəyyən etmək mümkün olub. Videoda ermənilər tərəfindən saxlanılan yaraqlı öz silahlı yoldaşlarının əhatəsində oturur, onlar kürd dilində şüarlar səsləndirirlər. Onların əllərində Ermənistanın və qondarma Kürdistanın bayraqları var.

Ermənilərin yaydığı başqa videoda həmin adam ermənilərin əhatəsində oturub, onlar onu dindirir və təhqir edirlər.

Ondan Azərbaycan dilində soruşurlar, amma saxlanılan şəxs onları anlamır. Əgər erməni tərəfinə inansaq, Azərbaycan tərəfində suriyalı türkmənlər, türkcə danışan etnik türklər döyüşürlər.

Bundan öncə ermənilər başqa bir video yayaraq yaralı şəxsi suriyalı kimi təqdim ediblərk. Lakin dindirmə zamanı həmin şəxs ərəb dilindən kürd dilinə keçir.

Azərbaycan və Türkiyə dəfələrlə bəyan ediblər ki, Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirak etmək üçün Qarabağda Ermənistan tərəfindən cəlb edilmiş 2 minədək kürd yaraqlı yerləşdirilib./YeniSabah.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26