Interposta.Info

Naməlum suriyalı Bakıda axtarılır -

Manşet
 4-01-2017, 10:57     652

Naməlum suriyalı Bakıda axtarılır -
Sosial şəbəkələrdə Suriyadan Azərbaycana şübhəli şəxsin daxil olması ilə bağlı məlumatlar yer alıb

interposta.info bildirir ki, Musavat.com-un verdiyi məlumata görə, bununla bağlı "facebook" sosial şəbəkəsində bir çox səhifələrdə və şəxsi profillərdə məlumatlar yayımlanıb.

Məlumatlarda bildirilir ki, şübhəli şəsxin fotoları paytaxdın bir sıra mühüm ictimai obyektlərində, avtovağzal və otellərdə yapışdırılıb.

Bundan başqa məlumatlarda adı Muhammed Ahmet olduğu deyilən bu şəxsi görənlərdən hüquq-mühafizə orqanlarına zəng etmələri xahiş olunub.

Qeyd edək ki, musavat.com olaraq elanda yazılan nömrələrə zəng etdik. Lakin qeyd edilən nömrələrin heç birinə zəng çatmadı. Bu da məlumatın nə qədər doğru olub-olmadığını şübhə altına salır.

interposta.info
Naməlum suriyalı Bakıda axtarılır -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26