Interposta.Info

“Sədərək” TM-dən açıqlama: Yusif Qədiməliyev işdən çıxarılıb?

Gündəm
 8-09-2020, 11:34     371

Yusif Qədiməliyev iş başındadır”.

Bunu Qaynarinfo-ya açıqlamasında "Sədərək” Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədimov Yusif Qədiməliyevin ticarət mərkəzinin rəhbəri vəzifəsindən çıxarılması ilə bağlı xəbərə aydınlıq gətirərkən deyib.

O bildirib ki, "Sədərək”Ticarət Mərkəzi dövlət qurumu deyil ki, bura kimisə təyin edib, yaxud da çıxarsınlar:

"Yusif Qədiməliyev "Sədərək” Ticarət Mərkəzinin təsisçisidir. Qurumun İdarə Heyəti var. Onu kim işdən çıxarda bilər? Yusif Qədiməliyev iş başındadır".

Kəmaləddin Qədimov qeyd edib ki, ticarət mərkəzində minlərlə mağaza var və onların hər birinin sahibi var:

"Özlərinin özəl qurumudur, sərbəst mal alıb-satırlar. Onları kim işdən çıxarda bilər? Mərkəz dövlətin ən böyük vergi daşıyıcılarındandır, amma dövlət müəssisəsi deyil ki, kimisə təyin edib, çıxarsınlar”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26