Interposta.Info

Korrupsiya İdarəsi əməliyyat keçirdi: vəzifəli şəxslər həbs olundu

Gündəm
 4-09-2020, 12:48     957

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi vəzifəli şəxsin həbs edilməsi üçün əməliyyat keçirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində Rzayev Səbuhi Xanoğlan oğlu həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

Səbuhi Rzayevin dövlət qurumlarından birində məsul şəxs olduğu bildirilir.

Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi rayon Məhkəməsinə təqdfimat göndərilib.

Təqdimata yaxın saatlarda hakim Abbas Rzayevin sədrliyi ilə baxılacaq.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi daha bir əməliyyat keçirib.

Əməliyyat nəticəsində Poladov Anar Tofiq oğlu həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə ittiham verilib.

Anar Poladovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi rayon Məhkəməsinə təqdimat göndərilib.

Yaxın saatlarda hakim Vüqar Məmmədovun sədrliyi ilə baş tutan iclasda təqdimata baxılacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26