Interposta.Info

“Ramiz Mehdiyev məni də aldadıb...” – Abel Məhərrəmovun İZAHI

Gündəm
 25-08-2020, 12:42     1 003

Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən, siyasi “tost” deyən BDU-nun sabiq rektoru Abel Məhərrəmov yaxın günlərdə YAP-dan uzaqlaşdırılacaq.

"İnterPosta" “BakuPost”a istinadla xəbər verir ki, o, karantin qaydalarını pozaraq toyda iştirak etdiyinə görə özünü bağışlatdırmağa çalışsa da, buna müvəffəq ola bilməyib.

Keçmiş rektor da eynilə deputat Siyavuş Novruzov kimi günahı Ramiz Mehdiyevin üzərinə yıxmağa çalışıb. Bildirib ki, Mehdiyev ona zəng edib toya dəvət edəndə Prezidentin bundan xəbərinin olduğunu, ondan xeyir-dua aldığını deyib. Guya, məhz buna görə də, o, toyda iştirak etməyə qərar verib. Amma onun bu izahı vəziyyəti dəyişməyib.


Qeyd edək ki, AMEA prezidenti Ramiz Mehdiyevin qız nəvəsinə toy etməsi siyasi skandala səbəb olub. Əvvəlcə onun kürəkəni, sabiq deputat İlham Əliyev və onun qudası qandallanaraq həbs olunub. Sonra isə toyda iştirak edən vəzifəli şəxslər cərimələnib. Deputat Siyavuş Novruzov isə YAP-dan istefa verib.

Proses hələ davam edir...

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26