Interposta.Info

Ramiz Mehdiyevin kürəkəni və onun qudası həbs olundu (Yenilənib - 2)

Paradoks
 22-08-2020, 14:40     1 358

Abşeron Rayon Məhkəməsində Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin qudası Rövşən Mustafayevə hökm oxunub.

"İnterPosta" Demokrat.az-a istinadən xəbər verir ki, o, 15 sutka inzibati həbs cəzası alıb.

****

Abşeron Rayon Məhkəməsində Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevə hökm oxunub.

Unikal.org xəbər verir ki, o, 15 sutka inzibati həbs cəzası alıb.

****

Karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron Rayon Məhkəməsinə gətirilib.

"Qafqazinfo" xəbər verir ki, qudalar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə ittiham olunur.

Bu maddə ilə ittiham olunan şəxslərin təqsiri sübuta yetirilərsə, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.

****

Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron rayon məhkəməsinə gətirilib.

Hit.az-ın məlumatına görə, karantin rejiminin tələblərini pozduqları üçün məhkəmə qarşısına çıxarılıblar.

Məhkəmə onlar barəsində qərar verəcək.

***

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin karantin dövründə nəvəsinə toy məclisi təşkil etməsi ölkə gündəmində ciddi rezonansa səbəb olub.

"İnterPosta" “Qafqazinfo”ya istinadla xəbər xəbər verir ki, toyun görüntüləri mediada yayımlandıqdan sonra sosial şəbəkədə və ictimaiyyətdə haqlı olaraq karantin rejimini pozanların cəzalandırılması məsələsi müzakirə olunub.

Hazırda toy sahibləri Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev barəsindəki protokola baxılması üçün iş məhkəməyə göndərilib. Onlar barəsində qanuna müvafiq olaraq ölçü götürüləcək.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26