Interposta.Info

Qəbələdə ölən və yaralanan turistlərin təhlükəsizliyinə kim cavabdeh idi?

Gündəm
 8-10-2018, 14:44     10 465

"Turistlərin təhlükəsizliyi məsələsi Dövlət Turizm Agentliyin daim diqqətindədir. Bu məsələ ilə bağlı mütəmadi olaraq müvafiq sənədlər hazırlanır və digər dövlət qurumları ilə müzakirə edilir".

"XeberBiz" məlumatına görə, bunu qaynarinfo-ya açıqlamasında Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə deyib. O, turizmlə bağlı bütün lisenziyalar ləğv edildiyindən birbaşa turizm şirkətinin fəaliyyətinə nəzarət etməyin mümkün olmadığını diqqətə çatdırıb:

"Ümumi nəzarət var, amma konkret olaraq turizm şirkətlərinin fəaliyyətinə nəzarət qeyri-mümkündür. Hadisə ilə bağlı FHN və DİN araşdırma aparacaq və biz də onlarla əlaqə saxlayaraq məsələni dəqiqləşdirəcəyik. Əlbəttə bu, hansısa turizm şirkətinin fəaliyyətindəki nöqsanlarla bağlıdırsa, qanunda nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqlar".

Qurum rəsmisi həmçinin bildirib ki, evini turistlərə icarəyə verən şəxslərdən xüsusi sənəd tələb olunmur:

"Hər bir Azərbaycan vətəndaşı Vergilər Nazirliyində qeydiyyatdan keçməklə turizm fəaliyyəti ilə məşğul ola bilər. Bunun da bir növü də mülkü icarəyə verməkdir. Hər bir evin təhlükəsizliyi ilə bağlı texniki sənədləri olmalıdır, lakin bunun üçün xüsusi sənəd tələb olunmur".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26