Azərbaycanda turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyət növləri üzrə məşğul əhalinin sayı artıb.
İnterPosta.info Trend-ə istinadən xəbər verir ki, 2014-cü ildə Azərbaycanda turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti üzrə məşğul əhalinin sayı 55,7 min nəfər idisə, 2015-ci ildə bu rəqəm 61,5 min nəfər, 2016-cı ildə 68,4 min nəfər, 2017-ci ildə 73,5 min nəfər olub.
Ötən il turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyət növləri üzrə məşğul əhalinin sayı bir qədər də artaraq 78,2 min nəfərə yüksəlib.
Ötən müddətdə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyət növləri üzrə məşğul əhalinin sayı artsa da, maliyyə və sığorta fəaliyyəti üzrə bu say azalıb.
2014-cü ildə 32,8 min nəfər bu sahə ilə məşğul olduğu halda, 2018-ci ildə bu göstərici 27,4 minə enib.
Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda turizm fəaliyyəti üzrə lisenziya ləğv edilib. Bununla əlaqədar ölkədə turizm fəaliyyəti ilə məşğul şirkətlərin sayı getdikcə artır. Hazırda Azərbaycanda 2000-dən çox turizm şirkəti fəaliyyət göstərir.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin sözlərinə görə, turizm fəaliyyəti üzrə lisenziya ləğv edildiyindən şirkətlərin işinə nəzarət etmək bir qədər çətindir.
Turizm şirkətlərinə nəzarət mexanizminin qurulması ilə bağlı təkliflərin mahiyyətini açıqlayan F.Nağıyev bildirib ki, turizm şirkətlərinin ilk növbədə sığorta mexanizmləri olmalıdır. Onların fəaliyyəti müəyyən kriteriyalara cavab verməlidir: "Sığorta şirkətinin müəyyən qədər vəsaiti olmalıdır ki, riskləri qarşılaya bilsin. Sabah hər hansı risk baş verdikdə, dövlət onu öz üzərinə götürməsin".
İnterPosta.info
“Qobu Park-2” yaşayış kompleksinə hansı obyektlərdən köçürülmə aparılıb?
“EuroHome”dakı yanğın zamanı oğurluq: 3 nəfər saxlanldı
Azərbaycanın Xalq artisti vəfat etdi
“EuroHome”dakı yanğından FOTOLAR
“Namizədliyimi irəli sürməyəcəm” – ASLAN HÜSEYNOV
10 dekabr İnsan Hüquqları Günüdür
Bakıda ticarət mərkəzi yanır (VİDEO)
Azərbayan ictimaiyyəti Çingiz Mustafayevin adını daşıyan radiotezliyə görə İlham Əliyev və Mehriban Əliyevaya müraciət etdi
“Mən onsuzda xalqın elçisiyəm” – AFAQ BƏŞİQIZI
8 dekabr 2019-ci il tarixində Avrasiya Kombat Ciu-Citsu Federasiyasının təşkilatçılığı ilə növbəti beynəlxalq turnir keçirilib.