Interposta.Info

Rusiyanın azərbaycanlı milyarderləri (SİYAHI)

Gündəm
 7-09-2018, 18:40     10 439

"Forbes” jurnalı Rusiyanın 200 milyarderinin siyahısını dərc edib.

Qaynarinfo xəbər verir ki, siyahıda Azərbaycan əsilli milyarderlər də yer alıb.

Bunlaran biri iş adamı Vahid Ələkbərovdur. "Lukoil” neft şirkətinin rəhbərinin 16,4 milyard dolları var və siyahının 4-cü pilləsini tutur.

Qubada - Qırmızı qəsəbədə doğulmuş dağ yəhudiləri biznes şərikləri olan Zaxar İliyev və Qod Nisanov 3,3 milyard dollarla 36-cı və 37-ci yerləri paylaşıblar.

"Crocus Group”un rəhbəri, Emin Ağalarovun atası Araz Ağalarov 1,8 milyard dollarlıq sərvəti ilə 50-ci yeri tutur.

Digər bir azərbaycanlı, Göyçayda dünyaya gəlmiş Fərhad Əhmədovun 1,4 milyadr dollar sərvəti var və 69-cu pillədə qərarlaşıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26