Interposta.Info

Rusiyanın azərbaycanlı milyarderləri

Gündəm
 19-04-2018, 11:48     10 491

Forbes jurnalı Rusiyanın 200 ən varlı şəxsinin adını açıqlayıb.

"XeberBiz" Qaynarinfo-a istinadən xəbər verir ki, siyahıda 5 Azərbaycan əsilli şəxsin adı da yer alıb.

Bakıda doğulmuş "Lukoil" prezidenti Vahid Ələkbərov 16,4 milyard sərvətlə siyahıda 4-cü yerdə qərarlaşıb.

Qubanın Qırmızı Qəsəbə ərazisində doğulmuş Zarak İliyev və Qod Nisanov siyahıda 36 və 37-ci yerlərdə qərarlaşıb. Onların ümumi sərvəti 3,3 milyard dollardır.

Araz Ağalarov 1,8 milyardla 54-cü, Fərhad Əhmədov isə 1,4 milyardla 69-cu yerdədir.

Qeyd edək ki, Rusiyanın ən varlı şəxsi ünvanını 19,1 milyard sərvətlə Vladimir Lisin qazanıb. 2-ci yerdə isə 18,7 milyarda sahib Aleksey Mordaşovdur. O, "Severstal"ın sahibidir. Ötən il isə siyahıda lider 18 milyard məbləğlə Leonid Mixelson idi.

interposta.info

Rusiyanın azərbaycanlı milyarderləri

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26