Interposta.Info

Səfirimizin gözü qarşısında bayrağımız təhqir olundu (FOTOLAR)

Gündəm
 9-06-2018, 01:47     10 444

Azərbaycanın Gürcüstandakı səfirinin gözü qarşısında dövlət bayrağımız tərsinə asılıb.

"XeberBiz" Diaspor.az-a istinadən xəbər verir ki, ötən gün Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovla Tbilisi şəhər Bələdiyyəsinin sədri Georgiy Tkemaladze arasında rəsmi görüş keçirilib.

Rəsmi görüş zamanı Azərbaycanın dövlət bayrağının tərsinə asılması diqqəti cəlb edib. Belə ki, rəsmilərin ikitərəfli görüşü zamanı masanın üzərinə qoyulan dövlət bayrağında rənglərin yeri səhv düşüb. Ən maraqlısı odur ki, bütün bunlar Azərbaycan səfirinin gözü qarşısında baş verib.

Qeyd edək ki,səfir öz dövlətini xarici ölkədə təmsil edən birinci dərəcəli səlahiyyətli şəxsdir.

Xatırladaq ki, D.Həsənov 2016-cı ilin dekabr ayından Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiridir.

interposta.info
Səfirimizin gözü qarşısında bayrağımız təhqir olundu (FOTOLAR)
Səfirimizin gözü qarşısında bayrağımız təhqir olundu (FOTOLAR)
Səfirimizin gözü qarşısında bayrağımız təhqir olundu (FOTOLAR)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26