Interposta.Info

Tənqid atəşinə tutulan deputat: “Bezmişəm, o jurnalist məndən pul istəyir”

Gündəm
 17-05-2018, 19:48     10 458

Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı suallara cavab almaq istəyən jurnalisti təhqir etməsi barədə yazılan xəbərlərə reaksiya verib.
Deputat açıqlamasında deyib ki, Milli Ordu ilə bağlı haqqında yazılanlar tamamilə yalan və cəfəngiyyatdır:

“Əgər mən Milli Ordunu təhqir etmişəmsə, buyurub səs yazımı yaysın. O jurnalist tamamilə yalan danışır. Özünü seyid kimi təqdim edib, məndən açıq şəkildə pul istəyir. Bu birinci hal deyil. Həmin adam mənə dəfələrlə zəng edib deyir ki, bayramımızdır, pul ver və sairə. Əlindən bezmişəm. Mən də məcbur olub dedim ki, ay oğul, pulum yoxdur, əl çək məndən! Hətta, ona dedim ki, əgər məni bir daha narahat etsən, səninlə bağlı polisə müraciət edəcəm”.

Məsələ ilə bağlı Modern.az saytının rəhbəri Elşad Eyvazlı danışıb:

“Əliağa Hüseynov hansısa reket jurnalistlə bizim jurnalisti səhv salır. Jurnalist redaksiyadan zəng edib açıqlama alıb, əlimizdə səs yazısı var. Onun ittihamları əsla bizə aid ola bilməz”.“Ölkə.Az”

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26