Interposta.Info

Bakıda deputat oğlu qəza törətdi – Gənc qız öldü, özü başqa maşınla qaçdı/FOTO

Gündəm
 3-03-2018, 11:11     10 822

Bakının Xətai rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib

Əhmədlidə, “Bazarstore”nin yanında 4 maşın toqquşub. Hadisə zamanı hələlik adı açıqlanmayan qız dünyasını dəyişib.

Hadisə yerində olan sakinlər iddia edirlər ki, qəzanı Milli Məclisin deputatı Hüseynbala Mirələmovun oğlu törədib. Bildirilir ki, o, 4 maşını vurub, qız da həmin vaxt dünyasını dəyişib. Tez maşının nömrəsini açılıb və oğlan hadisə yerindən başqa maşınla uzaqlaşıb.

Qeyd edək ki, məlumatı Bizim Mentalitet səhifəsi yayıb.

Xətai rayon Polis İdarəsindən criminal.az-a verillən məlumata görə, qəza zamanı 4 maşın toqquşub. İki ”Mercedes”, ”Opel” və ”Range Rover” markalı avtomobillər zəncirvari qəza törədib. ”Range Rover” yoldan keçən xanım piyadanı vurub. yaralı xəstəxanaya yerləşdirilib.

interposta.info

Bakıda deputat oğlu qəza törətdi – Gənc qız öldü, özü başqa maşınla qaçdı/FOTO
Bakıda deputat oğlu qəza törətdi – Gənc qız öldü, özü başqa maşınla qaçdı/FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26