Interposta.Info

Samir Şərifov Azərbaycan prezidentinin “xüsusi mesajını” çatdırmaq üçün Pakistana getdi

Gündəm
 20-02-2018, 10:57     8 604

Azərbaycanın maliyyə naziri Samir Şərifov prezidenti İlham Əliyevin “xüsusi mesajını” çatdırmaq üçün Pakistana səfər edib

Pakistan rəsmi KİV-ləri xəbər verir ki, nazir İslamabadda baş nazir Şahid Xaqan Abbasi ilə görüşüb. Azərbaycan prezidentinin xüsusi mesajını çatdıraraq bildirib ki, İlham Əliyev “Expo 2025” sərgisinin və 2021-ci il Dünya Bank Konfransının Bakıda keçirilməsi üçün Pakistanın dəstəyinə ümid edir. Pakistan baş naziri bu tədbirlərin Bakıda keçirilməsi üçün ölkəsinin lazım olan dəstəyi verəcəyini bildirib. Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.(Virtualaz.org)


interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26