Interposta.Info

“Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı

Gündəm
 9-02-2018, 16:49     10 595

"Sədərək” Ticarət Mərkəzində çalışan taksilərin bazara girişi bu gündən etibarən 3 manata qaldırılıb.

interposta.info
xəbər verir ki, bu barədə axar.az-a "Sədərək” TM-də taksi xidməti göstərənlər məlumat veriblər. Taksi sürücülərinin sözlərinə görə, artıq bazara giriş edən bütün taksilərdən 3 manat yığmağa başlanıb. Tələb edilən pulu ödəməyənlərin isə bazara girişinə icazə verilmir.

Sürücülər bildirib ki, onlardan pulu tələb edənlər ticarət mərkəzinin mühafizəçiləridir:

"Yanlarında mülki geyimdə bir şəxs də var. Göstərişi o verir. Mühafizəçilər isə pulu tələb edir. Səhər açılandan 3 nəfər şəxs sürücülərdən pul yığır”.

Taksi sürücülərinin sözlərin görə, qiymət artımına etiraz edən bütün sürücülər ticarət mərkəzinin qarşısına yığılıb. Pulu ödəməkdən imtina edən sürücülərə hədə-qorxu gəlir, bəzilərinin avtomobilindən "taksi” işarəsini zorla alırlar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26