Interposta.Info

Qəbələ "İslam dünyasının turizm paytaxtı" ola bilər

Gündəm
 5-02-2018, 18:39     10 513

Qəbələ şəhəri "İslam dünyasının turizm paytaxtı" adına namizəddir.

interposta.info xəbər verir ki, bu barədə Trend-ə İslam Əməkdaşlıq Təşkilatından (İƏT) məlumat verilib.

Məlumatda qeyd olunur ki, İƏT-ə üzv ölkələrin turizm nazirlərinin X konfransının yekunlarına əsasən, 2019 və 2020-ci illərin "İslam dünyasının turizm paytaxtları" seçiləcək.

Bu ad uğrunda namizədlər arasında Qəbələ ilə yanaşı, Dəkkə (Banqladeş), Paraku (Benin) və Aqades (Niger) şəhərləri də yer alıb.

Sözügedən konfrans fevralın 6-da Dəkkədə keçiriləcək. İslam dünyasının turizm paytaxtlarının birində İslam ticarət yarmarkası təşkil olunacaq.

Qeyd edək ki, 2016-cı ildə İslam dünyasının turizm paytaxtı Konya, 2017-ci ildə Mədinə, 2018-ci il üçün Təbriz şəhərləri elan olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26