Interposta.Info

Əvəz Ələkbərovun oğluna yeni vəzifə verildi

Gündəm
 30-01-2018, 18:17     10 484

Azərbaycan Beynəlxalq Bankında yeni vəzifə təyinatı olub.

interposta.info fed.az-a istinadən xəbər verir ki, Beynəlxalq Bankın departament direktorunun müavini Zaur Ələkbərov bankın İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə təyin edilib.

Z.Ələkbərov keçmiş maiiyyə naziri Əvəz Ələkbərovun oğludur.

Z.Ələkbərov bundan əvvəl "Unibank" və "Bank Respublika"da, həmçinin Beynəlxalq Bankda Korporativ Biznes Departamentinin direktor müavini vəzifəsində çalışıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26