Interposta.Info

BDU-nun işçisi işdən qovuldu – Səs yazısına görə

Gündəm
 23-01-2018, 14:00     10 424

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekan müavini Cavanşir Məmmədzadənin təhqir etdiyi laborant işdən qovulub.

interposta.info
Minval.info-ya istinadən xəbər verir ki, bu barədə qovulan laborant Vüsal Yüzbaşyev özü məlumat verib. O bildirib ki, yanvarın 18-də işdən çıxarılıb:

"Məlum hadisədən artıq yəqin ki, xəbərdarsınız. Təxminən 1 ay bundan əvvəl BDU-da Şərqşünaslıq fakültəsinin dekan müavini Cavanşir Məmmədzadə mənə hədə-qorxu gəlmiş, təhqir etmiş, şəxsiyyətimiz alçaldıcı sözlər demiş, qanunlarımızı təhqir edib. Bütün bunlar səs yazısından məlum olur.

Lakin bu ilin yanvar ayının 18-i BDU-da Həmkarlar İttifaqı Komitəsində iclas keçirilib, iclasda mənə "Sən səs yazıb, universitetimizin adına ləkə gətirirsən” dedilər. Adıma heç bir hüquqi əsası olmayan, izahatım alınmadan, imzamsız sənədlər hazırlayıb və həmin sənədlərə əsasən məni işdən qovublar.

Əmək kitabçama Əmək Məcəlləsinin 70.ç bəndini yazıblar: İşçi əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə”.

Qeyd edək ki, sözügedən şəxs səz yazısının onun tərəfindən yayımlanmadığını da bildirib: "Universitet rəhbərliyinin nəzər və diqqətinə çatdırdım ki, o səs mənim tərəfimdən yazılmayıb və ictimailəşməyib. Halbuki bu kimi hadisələrdə heç bir qanun pozuntusu yoxdur. Şəxsin şəxsi həyatı ilə informasiyaları paylaşmaq qanun pozuntusu hesab oluna bilər. Digər hallarda isə heç bir qanun pozuntusu mövcud deyil. Lakin bu dediklərimə əhəmiyyət verilmədi. Cavanşir Məmmədzad isə hələ də BDU-da fəaliyyətini davam etdirir”.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekan müavini Cavanşir Məmmədzadə ilə universitetin laborantı arasında baş tutan söhbətdə dekan müavini "Özünü burada normal apar. Elə eləmə sənədlərini toplayıb, səni yox edək burdan. Eşitdin nə deyirəm sənə? Bu dəfə mən sənlə sözlə danışıram, gələn dəfə əl-ayaqla danışacam. Mənim elə "terpeniyam” yoxdur. Sən özünü küçədəki kimi aparırsan” sözlərini deyərək, onun ünvanına təhqirlər yağdırmışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26