Interposta.Info

BDU-da dekan müavininin təhdidləri ilə bağlı -

Gündəm
 23-01-2017, 16:09     609

BDU-da dekan müavininin təhdidləri ilə bağlı -

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalovanın tələbələrə təhdid dolu mesajlar göndərməsi ilə bağlı araşdırma başladılıb.

interposta.info xəbər verir ki, bu barədə BakiPost.az-a BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat evrib. Bildirib ki, araşdırma bitdikdən sonra mətbuata geniş açıqlama veriləcək.


Jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədli isə məsələ ilə bağlı açıqlama vermək istəmədiyini bildirdi.

Qeyd edək ki, Aytəkin Zeynalova mesajlarında tələbələrə universitet və dekanlıq haqqında tənqidi status yazmamaqla bağlı xəbərdarlıq edib. Bildirib ki, xəbərdarlığa baxmayan tələbələr cəzalandırılacaq. Məsələ ilə bağlı ətraflı məlumatı aşağıdakı linkdən oxuya bilərsiniz:

BDU-nun dekan müavini tələbələri hədələyir - ŞOK səs yazısı

My Webpage

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26