Interposta.Info

Generaldan açıqlama:

Gündəm
 19-01-2018, 13:14     10 672

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, general-polkovnik Aydın Əliyev rəhbərlik etdiyi qurumun Vergilər Nazirliyi ilə birləşdiriləcəyi ilə bağlı son vaxtlar yayılan şaiyələrə münasibət bildirib.

interposta.info Qaynarinfo-a istinadən xəbər verir ki, komitə sədri bu gün Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında bu barədə danışıb.

Aydın Əliyev bildirib ki, bu məsələ hökumətdə təhlil edilməli və ondan sonra qərar verilməlidir:

"Gömrük xidməti ABŞ-da, bəzi Avropa ölkələrində Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Bəzi Avropa ölkələrində isə İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərir. Gömrük işçiləri xalqın və hökumətin əsgəridir. Harada desələr, orada da fəaliyyət göstərəcəyik".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26