Interposta.Info

Hacı Məmmədovun himayədarlıq etdiyi - müğənnilərin siyahısı

Gündəm
 5-12-2017, 07:24     10 730

Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov həm də bir çox müğənnilərin dostu kimi də tanınırdı.

"XeberBiz" yenicag.az-a istinadən məlumat verir ki, bu müğənnilər sırasında mərhum xalq artisti İlhamə Quliyeva, Brilyant Dadaşova, əməkdar artistlər Manana Caparidze, Eyyub Yaqubov və Mətanət İsgəndərlinin də adı var. H. Məmmədov vaxtilə onları Qusarda yerləşən "Qarabulaq" restoranına toplayaraq, ziyafətlər təşkil edib. Həmin ərəfədə sözügedən müğənnilərin Hacı Məmmədovla fotoları da yayılırdı.

Hətta keçmiş əməliyyat müvəkkili Mananaya "Mercedes" markalı avtomobil də hədiyyə etmişdi. Hərçənd, Manana bunu oxuduğu mahnıların əvəzi kimi qələmə verdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26