Interposta.Info

Azərbaycanlı müğənnilərin avtoritet sevgililəri

Müxtəlif / Maqazin
 18-09-2021, 09:47     818


Azərbaycanlı kriminal avtoritet ailə həyatı qurub. Modern.az saytının yaydığı məlumata görə uzun illər Rusiyada həbsdə olan kriminal avtoritet, cinayət aləmində “Bərdəli Ruslan” kimi tanınan Ruslan Nəzərli müğənni xanımla evlənib. Onun həyat yoldaşı “Kristal” qrupunun keçmiş solisti, gənc müğənni Həmidə Hüseynovadır.

Qeyd edək ki, “Bərdəli Ruslan” 2012-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin rəisi polkovnik-leytenant Sergey Tarasovu döydüyünə görə həbs olunmuşdu.

Kaluqa şəhər məhkəməsinin hökmü ilə Ruslan Nəzərli dövlət məmuruna qarşı zorakılıq, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri yaratmaq, quldurluq maddəsinin bir neçə bəndi ilə təqsirli bilinərək 10 il 5 ay müddətində azadlıqdan məhrum edilmişdi.

Bu günə qədər bir neçə müğənni kriminal aləminin nümayəndəsi ilə sevgi münasibətində olub. Onların arasında mərhum Xalq artisti İlhamə Quliyeva, Fədayə Laçın və digərləri var.

Mərhum Xalq artisti İlhamə Quliyevanın kriminal dəstə başçısı kimi tanınan keçmiş DİN müvəkkili Hacı Məmmədovla sevgili olması barədə dəfələrlə mətbuatda məlumatlar yayılmışdı. Zamanında İlhamə Quliyeva bunu inkar etsə də, Xalq artisti Aygün Kazımova mətbuata açıqlamasında onların nəinki sevgili olduğunu, hətta İlhamənin Hacı Məmmədovun bandasının üzvü olduğunu iddia etmişdi: “İlhamə Qarabulaqlı” adı ilə Qarabulaqda asılan plakatınız və adam oğurluğu ilə həbs olunan Hacı Məmmədov adlı yaxın dostunuzu, deyəsən, yaddan çıxarmısınız. Bəlkə, elə bu işlərdə sizin də əliniz olub? Yaxın dostunuzun adı da o siyahıda idi. Oğurlananlar siyahısını da unutmusunuz?"


İlhamə Quliyeva isə bu iddialarına görə Aygün Kazımovanı məhkəmə ilə hədələmişdi.

Hazırda Rusiyada yaşayan müğənni Fədayə Laçının “Qoca” ləqəbli avtoritet Etibar Məmmədovla sevgili olması isə hər kəsə məlumdur. Xatırladaq ki, müğənni 2017-ci ildə “Qoca”nın və digər məhbusların qaçmasında köməklik etmədə ittiham olunmuşdu. Buna görə müğənni 2 il məhbusluq həyatı da yaşayıb. Qeyd edək ki, avtoritet Etibar Məmmədov polis tərəfindən saxlanılarkən atışmada ölüb.

Bir neçə il öncə müğənni Afaq Aslanın adı avtoritet Lotu Quli ( Nadir Səlifov) ilə birgə hallanırdı. Müğənni bu haqda konkret açıqlama verməkdən yayınmışdı. Xatırladaq ki, Lotu Quli 20 avqust 2020-ci ildə gecə saatlarında Türkiyənin şəhərində güllələnərək, qətlə yetirilib./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26