Interposta.Info

Telman İsmayılovun gizli mülkləri tapıldı: Evlər, mənzillər, torpaq sahələri

Gündəm
 1-12-2017, 16:28     10 458

Rusiyanın “İzvestiya” qəzetinin əməkdaşları hazırda beynəlxalq axtarışda olan azərbaycanlı iş adamı Telman İsmayılovla bağlı araşdırma aparıblar

Rusiya KİV-nin məlumatına görə, sən demə qara günlərinin başlayacağını hiss edən İsmayılov bir neçə mənzilini, şirkətini və ona məxsus iri torpaq sahələrin yaxın qohumlarının adına keçiribmiş.

Araşdırma zamanı məlum olub ki, Moskvanın Kutuzov prospektində 12 yaşlı nəvəsi Telmanın adına bir neçə mənzil varmış.

Məlumata görə, bundan başqa Moskva vilayətindəki torpaq sahələrini və evlərini müflis elan olunmamışdan əvvəl “Demetra” investitsiya fonduna satıbmış. Bu ərazilərdəki torpaq sahəsi və evlərin qiyməti 197 milyon rubl, təxminən 3 milyon 400 min dollar təşkil edir.

Bundan başqa “Demetra” İsmayılovdan Skolkovo qəsəbəsi ərazisində 2 min kvadratmetrlik torpaq sahəsini də alıbmış.

Araşdırma zamanı o da məlum olub ki, bütün alqı-satqı baş ofisi Rostovda yerləşən “Novıe texnologii upravleniya” şirkəti tərəfindən aparılıb. (lent.az)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26