Interposta.Info

Bakıda 40 milyon manata satılan torpaq sahəsi kimindir?

Paradoks
 29-03-2018, 22:35     10 881

Bakıda fantastik qiymətə torpaq sahəsi satılır.

"XeberBiz" Xezerxeber.az-a istinadən məlumatına görə, bir torpagın qiyməti 40 milyon manata, digərinin qiyməti isə 3 milyon 900 min manatadır.

Elan saytlarının birində Bakının Nərimanov rayonunda 40 milyon manata boş torpaq sahəsi satılır. Elanda 2 hektar 10 sot ölçüsü olan torpaq sahəsinin yeni tikili bina üçün nəzərdə tutulduğu bildirilir.

Ekspertlər isə bildirir ki, 40 milyon manat həmin torpaq sahəsinin hazırki real bazar qiyməti olsa da, Bakıda bu qədər boş ərazini tapmaq çətin məsələdir.

Bakıda qiyməti milyonlarla ölçülən torpaq sahələri var ki, illərdir boş sahə olaraq qalır. Ekspertlər qiymətlərə baxmayaraq, bu cür torpaqlara daima tələbatın olduğunu deyir. Xüsusi olaraq şəhərin mərkəzində villaların çox olduğu hissələrdə.

Paytaxtda pilot layihələrin icrası və yeni tikili binaların sayının artması belə bahalı torpaqları da tədricən bazardan çıxarır. Hazırda isə ən ucuz torpaqlar Suraxanı və Binəqədi rayonu ərazisi hesab edilir ki, orada qiymətlər 1sot üçün təxminən 1500 manatdan başlayır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26