Interposta.Info

2018-ci ildə qlobal müharibə riski varmı

Gündəm
 29-11-2017, 12:49     10 314

İki münaqişə ocağı hər an böyük müharibəni alovlandıra bilər

Önümüzdəki il dünya coğrafiasında iki gərginlik ocağı hər an böyük müharibəyə səbəb ola bilər.

İsveçrənin “Le Temps” qəzetinin siyasi icmalçısı və keçmiş səfir Fransua Nordman yazdığı məqalədə bu cür düşüncədə olduğunu dilə gətirib.

Müəllifin fikrincə, planetdə geopolitik şərtlər olduqca ağırlaşıb. Xüsusilə Koreya yarımadası və Yaxın Şərq hər an partlaya biləcək iki vulkana bənzəyir.

“Londonda fəaliyyət göstərən Beynəlxalq strateji araşdırmalar institutunun tərksilah və nüvə silahının yayılmaması üzrə proqram direktoru Mark Fitspatrikin fikrincə, 2018-ci ildə Şimali Koreya ilə ola biləcək müharibə ehtimalı 50% dərəcəsində dəyərləndirilməlidir. Heç bir ABŞ və ya Çin təzyiqinin Şimali Koreyanı nüvə sınaqlarından və ballistik raketlərin buraxılışından vaz keçirməsi mümkün görünmür”,- məqalədə deyilir.

Müəllif Tramp kimi gələcəkdə nə edəcəyi bəlli olmayan bir insanın Şimali Koreya məsələsində hansı reaksiya verəcəyinin də narahatedici müəmma olduğunu bildirir.

“Bir çoxları Kim Çen Inın ABŞ, Yaponiya və Cənubi Koreya tərəfindən gələ biləcək cavab tədbirlərinə görə dəlilik etməyəcəyini düşünür. Lakin heç bir şeydə əminliklə danışmaq olmaz”, - Nordman yazır.

“Mark Fitspatrikin fikrincə, indiki dövrdə təhdidlər mübadiləsini hələlik psixoloji savaşa aid etmək lazımdır. Trampın mesajlarının Şimali Koreyaya təzyiq göstərməsi üçün əslində Çinə verildiyini də təxmin etmək olar. Hazırkı anda Şimali Koreyanın növbəti nüvə sınağını həyata keçriməsi mümkün deyil. Buna ən azı qış şərtləri də imkan vermir. Lakin yazda Pxenyan rejiminin öz niyyətlərindən vaz keçib-keçmədiyi aydınlaşacaq. Bax onda beynəlxalq birliyin Şimali Koreya ilə müharibəyə başlama risqini belə gözə alaraq göstərəcəyi təpki maraq doğurur”, - müəllif bildirir.

Nordman ikinci münaqişə ocağının birincidən daha real təhlükə daşıdğını yazır. Söhbət İranın İraq Kürdüstanı, Suriya Kürdüstanı və hətta Türkiyəyə etdiyi təsirdən gedir. Ər-Riyad İŞİD-in İraqda və Suriyada tərk etdiyi meydanı İrana buraxmaq niyyətində deyil.

“Yəməndə İranın müttəfiqləri tərəfindən Ər-Riyada raket atılması, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn Salmanın taxt-tac oyunları və krallığın modernləşdirilməsi ilə bağlı manevrləri, Livan baş naziri Həririnin istefasından sonra bölgədə yaranan qeyri-müəyənlik, ikinci cəbhənin açıldığını söyləmək üçün kifayət qədər əsas verir. Doğrudur, Livan əhalisinin Səudiyyə müdaxiləsinə göstərdiyi mənfi reaksiya və baş nazir Həririyə sadiqliyi, habelə Fransa və Çinin vasitəçiliyi yanğının qarşısını birtəhər ala bildi. Lakin Səudiyyə Ərəbistanı və İran arasındakı rəqabət yüksələn xəttlə davam etməkdədir”,- siyasi icmalçı xəbər verir.

Beləliklə, 2018-ci ildə vəziyyətin bu cür qalacağı təqdirdə müharibə risqi bütün il boyu yüksək səviyyədə qalmaqda davam edəcək.

“Tramp, Krım böhranı, nüvə silahı, kibermüharibə: dünyada indi heç nə mənasız deyil və hər an hər şeyin olacağı mümkündür”, - Almaniyanın “Die Welt” qəzetindən Mixael Ştürmer msələyə daha qaranlıq yöndən yanaşıb.

“Dünya özünü hər bir ümiddən məhrum etsə nə baş verəcək. Müşahidə etmək, gözləmək, zamandan şikayətlənmək qarşılıqlı inamı möhkəmlətmək üçün kifayət deyil. Dünya ya birgə səylərlə ayaqda qalacaq, ya da öz-özünü məhv edcək”,-müəllif davam edir.

Ştürmer müasir situasiyanı 50 il qabaq baş verən hadisələri xatırlatdğını bildirir. Həmin illərdə iki superdövlətin konfontasiyası özünün ilk kulminasiya nöqtəsinə çatmış, nüvə təhlükəsi real olaraq meydana gəlmişdi. Həmin illərdə prezident Con Kennedi silahlanma üzərində strateji nəzarət sistemini ortaya gətirərək diplomatik möcüzəni həyata keçirə bilmişdi. Lakin indiki anda bu metod heç bir işə yaramır.

“Bu gün ən təcrübəli ABŞ və Rusiya diplomatları bir ağızdan dünyanın 1958-ci il Berlin və 1962-ci il Karib böhranından bu yana heç olmadığı qədər fəlakətə yaxınlaşdığını bəyan edirlər”, - Ştürmer yazıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26