Interposta.Info

Şimali Koreya ABŞ-ı vuracaq nüvə silahını hazır vəziyyətə gətirir

Dünya
 8-05-2020, 20:01     1 279

Şimali Koreya ABŞ-ı vura biləcək ən güclü nüvə silahını bu ilin sonunda hazır vəziyyət gətirəcək.

"İnterPosta.info"xəbər verir ki, bu barədə Vaşinqtonda yerləşən Strategiya və Beynəlxalq Münasibətlər Mərkəzinin (CSİS) hazırladığı hesabatda deyilir.

Hesabatda kosmosdan çəkilmiş fotoqlara istinadən qeyd olunur ki, Şimali Koreyanın 2016-cı ildə hazırlamağa başladığı Sil-li ballistik raket sistemi bu ilin sonuna, yaxud gələn ilin əvvəlinə tam hazır olacaq.

Hesabatda bildirilir ki, Pxenyanın Beynəlxalq Hava Limanının yaxınlığında 442 min kvadratmetrlik baza Şimali Koreyanın məlum olan bütün ballistik raketlərini işə salmağa hazırdır.

“Bunların arasında ABŞ-ın hər-hansı bir nöqtəsini vura biləcək imkanına sahib “Hwasong-15” nüvə və qitələrarası ballistik raket (İCBM) də var”, - CSİS-in hesabatında bildirilir.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26