Interposta.Info

Adil Vəliyevdən qeyri-adi qərar - VƏTƏNDAŞIN EVİNİN GİRİŞ QAPISINI BAĞLADI

Gündəm
 17-11-2017, 11:33     8 989

Sabunçu rayonu Əli Kərim küçəsində qəribə hadisə baş verib.

interposta.info oxu.az-a istinadən xəbər verir ki, bu küçədə yaşayış binalarına İcra Hakimiyyəti tərəfindən üzlük daşları vurulub.
Ustalar burada yaşayan bir sakinin evinin girişini yarıya kimi bağlayıblar.
Ev sahibi İcra nümayəndələrindən niyə belə addım atdıqlarını soruşanda isə aldığı cavabdan şoka düşüb.
Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndələri həmin sakinə binanın giriş mənzərəsinin pozulduğunu və ona görə də qapını bağladıqlarını deyiblər.
Ona məsləhət görülüb ki, arxa tərəfdən qapı açsın, buranı isə pəncərə kimi istifadə etsin.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26