Interposta.Info

“Yol, telefon çəkmişik, evini təmir edirik” –

Gündəm
 5-03-2017, 20:49     764

“Yol, telefon çəkmişik, evini təmir edirik” –

Sabunçu rayon İcra Hakimiyyətinin aprel şəhidlərimizdən olan Əlzamin İslamovun anası Hürnisə Kərimovaya qarşı laqeydliyi ilə bağlı yayımlanan yazılara rəsmi reaksiya verilib.

(Həmin yazını bu linkdən oxuyun: https://bakipost.az/aprel-sehidimizin-anasini-acinacaqli-durumda-icra-bascisi-niye-laqeydlik-edir/#.WLsc_tKLSM8)

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Avtandil Hüseyn-zadə BakiPost.az-a deyib ki, şəhid anasının problemlərinə icra hakimiyyətinin biganə qalmasıyla bağlı iddiaların heç bir əsası yoxdur: "Şəhidimizin dəfn olunmasından tutmuş onun anasının məişət qayğılarına kimi bütün məsələlər şəxsən icra başçısı Adil Vəliyevin öz diqqətində olub. O dəfələrlə şəhid anasına baş çəkib, onun problemlərinin həlli üçün tapşırıqlarını verib”.

A.Hüseyn-zadə qeyd edib ki, mərkəzdən xeyli uzaqda tikilməsinə baxmayaraq, şəhid anasının evinin yolu düzəldilib, ora telefon xətti çəkilib və evinin təmirinə başlanılıb: "Bu müddət ərzində xeyli işlər görülüb. Çalışmışıq ki, şəhid anasının rahat yaşaması üçün lazım olan şərait yaradılsın. Yol, telefon və digər problemlər artıq öz həllini tapıb. Xeyli müddətdir ki, evində təmir işləri aparılır. Bu işlər 15-20 gün müddətinə tamamlanacaq. Mən hər birinizi, dəvət edirəm. Gəlib baxın, şəhid anasına hansı qayğının göstərildiyini, evinin necə təmir olduğunu öz gözlərinizlə görün.

Biz bütün vətəndaşlara xidmət etməliyik, onların firavan yaşamağı üçün çalışmalıyıq, bu, bizim vəzifə borcumuzdur. Şəhid ailələrinə isə xüsusi diqqət göstəririk. Torpaq uğrunda şəhid olan hər bir igidimizin ailəsi bizə əmanətdir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26