Interposta.Info

Qadın müğənniləri cinayətkarlara nə bağlayır: - sevgi, qorxu, yoxsa polis?

Gündəm
 31-10-2017, 19:02     9 374

Bir neçə gün əvvəl həbsdə olan 2 kriminal avtoritetin (Etibar Məmmədov və Əli Ağami) Bakıdan Şirvana etap olunarkən qatardan qaçırılması olayında müğənni Fədayə Laçının da iştirakı cəmiyyətdə hadisənin özü qədər şok effekti yaradıb.

Müğənninin "Qoca” ləqəbli Etibar Məmmədovla yaxın münasibətinin olduğu, bu səbəbdən onun qaçış planının bir hissəsi olduğu barədə məlumatlar yayılsa da, sonradan Fədayə Laçının "Qoca” qaçarkən onun yanında olmadığı barədə rəsmi açıqlama verildi. Bəzi saytlar yazır ki, F. Laçın kriminal avtoritetin sevgilisi olduğu üçün özünü fəda edib, bəzi mənbələrdə isə göstərilir ki, o, qaçış planına sadəcə maliyyə yardımı göstərib.

Bu hadisə bir müğənninin, sənət adamının ölkəyə səs-küy salan kriminal olayda iştirakı ilə bağlı ilk fakt deyil. İllər əvvəl yaşanan Hacı Məmmədov hadisələrində də müğənnilərin adı hallanırdı. Kütləvi insan qətlləri ilə məşğul olan, bunun üçün dəstə yaradan, o dəstənin əli ilə ölkənin tanınmış adamlarını həbs edən, əvəzində pul alan, istədiyini isə öldürən Hacı Məmmədov bu hadisələrdə şou-biznesin xeyli xanım nümayəndəsindən də istifadə etmişdi. Həmin yaraları yenidən qanatmamaq üçün müğənnilərin adlarını xatırlatmırıq, onsuz da bu barədə hər kəs kifayət qədər məlumatlıdır. Əsas məsələ və maraqlı məqam müğənnilərin, şou-biznesin, xüsusən də xanım nümayəndələrinin bu cür kriminal olayların içinə necə düşməsidir.

BakuPost.az-ın əməkdaşı mövzunun aktuallığını nəzərə alaraq, mütəxəssislərin rəyini öyrənib.

Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər saytımıza açıqlamasında deyib ki, sənət adamlarının seçilməsi onların gördükləri işin xarakterinə görədir. Onun sözlərinə görə, şou əhlindən yalnız cinayətkar dəstələr deyil, onlarla mübarizə aparan xüsusi xidmət orqanları da istifadə edir: "Xüsusi xidmət orqanları da əməliyyat işlərində sənət adamlarından, yaradıcı şəxslərdən istifadə edirlər. Bu, bütün dünyada belədir. Cinayətkar aləmi, yaxud digər məsələləri nəzarətdə saxlamaq üçün bu da bütün dünyanın istifadə etdiyi üsuldur. Çünki müğənnilərin, sənətçilərin cəmiyyətin ən müxtəlif kəsimləri ilə əlaqələri olur. Bu şəxslərin, kimliyindən asılı olmayaraq, istər müxalifət olsun, istər hakimiyyət, istərsə də digər kəsimlərdən tanıdıqları adamlar var. Gördükləri işə görə onların bütün bu kəsimlərlə bu və ya başqa səviyyədə əlaqələri olur. Bəzən isə bu əlaqələr spesifik xarakter daşıyır. Bu, onların peşəsi, xarakterik xüsusiyyətləri, gördükləri işin mahiyyəti ilə bağlıdır. Xüsusi xidmət orqanları, polis də hər zaman onları öz əməliyyatlarına cəlb edirlər. Çünki onlardan istifadə etməklə müxtəlif diqqət mərkəzlərində olan adamlar haqqında həm kompromat toplamaq, yeri gələndə onlara kömək etmək üçün istifadə olunur”.
Qadın müğənniləri cinayətkarlara nə bağlayır: - sevgi, qorxu, yoxsa polis?


S. Əkbər şou əhlinin bəzən qorxudularaq cinayətkar dəstələrin işlərində istifadə edildiyini də deyib:
"Onlar pulla istənilən tədbirdə iştirak edirlər. Bəziləri pulla, bəziləri hətta qorxudularaq bu işlərdə alətə çevrilirlər. Bəziləri isə kriminal avtoritetlərlə əlaqə qurmaqda özləri maraqlı olurlar”.

Keçmiş MTN-çi, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl isə saytımıza açıqlamasında bildirib ki, bu işlərdə istifadə üçün xüsusən qadınların seçilməsi bütün dünyada məşhur olan taktikadır. Onun sözlərinə görə, məşhur qadınlar insanlara daha çox təsir etmə gücündə olduqlarından, cinayətkarlar da bundan istifadə edirlər:
Qadın müğənniləri cinayətkarlara nə bağlayır: - sevgi, qorxu, yoxsa polis?


"Qadınların bu işə cəlb olunmasında sevgi-məhəbbət məsələləri də rol oynayır. Fədayə Laçının "Qoca” ləqəbli cinayətkara yardım etməsi məsələsində də bunun şahidi olduq. Qadın tarixən bütün kəşfiyyatlarda, əks-kəşfiyyatlarda vacib rol oynayıb. Bu, kriminal hadisələrə də aiddir. Burada onun müğənni, qeyri-müğənni olması deyil, qadın olması əsas rol oynayır. Qadınlar adamları daha çox yoldan çıxara bilirlər, nəinki kişilər. Bu mənada qadınlar kimlərinsə zəif yerlərini daha yaxşı bilirlər. Hətta müharibələrdə də əks cinsin nümayəndələrindən istifadə edirlər. Əgər istifadə olunan qadın müğənnidirsə, rəqqsasədirsə, effekti ikiqat olur. Bunun effektlərini həmişə görmüşük”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26