Interposta.Info

Fədayə və "Qoca"nın son görüntüsü yayıldı

Maqazin
 19-11-2017, 19:53     8 889

Bu il oktyabrın 23-də Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçmış ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən əvvəllər dəfələrlə məhkum olunmuş Etibar Məmmədovun müğənni Fədayə Laçınla daha bir fotosu üzə çıxıb.

interposta.info yenicag.az-a istinadən təqdim etdiyi foto "Qoca” ləqəbli kriminal avtoritetin həbs olunmamışdan öncəki tarixə təsadüf edir.

Qeyd edək ki, Etibar Məmmədov Bakıda hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi xüsusi əməliyyat zamanı əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbiri zamanı zərərsizləşdirilib. Ona həbsdən qaçmağa yardım edən Fədayə Laçın isə həbs olunub.

Qeyd edək ki, cütlük sevgi münasibətində olublar. Sonradan məlum olub ki, "Qoca” evli imiş.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26