Interposta.Info

Dağıstanın yeni başçısı: “Milliyyətim üstünlüyümdür”

Gündəm
 8-10-2017, 11:36     10 441

Dağıstan Respublikasının başçısı vəzifələrini müvəqqəti icra edən Vladimir Vasilyev bildirib ki, onun yeni vəzifədə milliyyəti kimi bir üstünlüyü var.

Virtualaz.org xəbər verir ki, bu barədə o, “Rossiya 24” telekanalında nümayiş etdirilmiş regional parlamentdəki çıxışında deyib.

“Mənim üstünlüyüm var ki, heç bir halda Dağıstanın heç bir millətinə aid deyiləm”, - o qeyd edib.

Vasilyev bildirib ki, onun atası qazax, anası isə rusdur.

“Bu milliyyət amilində, fikrimcə, böyük ehtiyata malikik. Əgər biz səliqə ilə, heç kimi küsdürmədən, ənənələrə hörmətlə yanaşaraq, milli kvotaya uyğun olmadan, istedada, qabiliyyətə görə seçim etsək”, - respublika başçısının vəzifələrini müvəqqəti icra edən söyləyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26