Interposta.Info

Masazırdakı məktəbdə qalmaqal - Şagirdlər erməni havasına oynayıb?

Gündəm
 15-09-2017, 17:07     9 292

Masazırda yerləşən 3 saylı məktəbdə "Bilik günü” ilə bağlı keçirilən tədbirdə narazılıq baş verib.

interposta.info
BakuPost.az-a istinadən xəbər verir ki, övladı 1-ci sinfə gedən valideynlərdən biri bu barədə sosial şəbəkədə paylaşım edib. O, sözügedən məktəbdə açılış mərasimi zamanı şagirdlərin xüsusi rəqs kompozisiyası hazırladığını, lakin musiqi olaraq erməni bəstəkarı Ara Gevorqyanın "Artsax” əsərinin seçildiyini deyib. Məktəbdəki valideynlər uşaqlarının erməni mahnısına oynadılmasına etiraz ediblər.

interposta.info bildirir ki, məsələ ilə bağlı a24.az-a açıqlama verən direktor Əhmədova Fəxrənisə valideynin səhv məlumat yaydığını və hazırda bu məsələ ilə ciddi maraqlandığını bildirib: "Kimliyini bilmədiyimiz bir valideyn sosial şəbəkədə səhv məlumat yayaraq, bizi də çətin vəziyyətə salıb. Hər zaman uğurları ilə fərqlənən bir məktəbdə erməni mahnısı səsləndirilə bilməz. Şagirdlərin bu musiqi sədaları altında etdikləri rəqs Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun "Qarabağ inciləri” kompozisiyasıdır”.

Qeyd edək ki, "YouTube” sosial şəbəkəsində dahi bəstəkar Fikrət Əmirovun "Qarabağ inciləri” əsərini ermənilər Ara Gevorqyanın "Artsax” kompozisiyası kimi təqdim edib.

interposta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26