Interposta.Info

Neftçalada pul yığımı -

Ölkə
 9-03-2017, 19:23     747

Neftçalada pul yığımı -

Neftçala rayonunda yerləşən 1 saylı tam orta məktəbində 8 mart bayramı ilə əlaqədar şagirlərdən pul yığılır

Bu barədə saytımıza sözügedən məktəbdə oxuyan şagirdlərin valideynlər məlumat veriblər. Onların sözlərinə görə, pulu məktəbin direktoru Ülviyyə xanımın göstərişi ilə yığılır:"Ülviyyə Abdullayeva məktəbi rüşvət və korrupsiya bataqlığına çevirib. Məktəbdə hər şey rüşvətlə həll edilir. Qarşıdan gələn 8 mart günü öncəsi pul yığdırır. Bu proses hər il bütün bayramlar öncəsi gedir. Məktəbdə yığılan pullar Ülviyyə xanıma çatır. Pullar da onun şəxsi göstərişi ilə yığılır”.

Valideynlər qeyd edib ki, direktorun istəyi ilə 9-10-11-ci siniflərdə hər şagirddən 15 manat, digər siniflərdə isə hər uşaqdan 10 manat məbləğində pul yığılması tələb olunur.

Şikayətçilər onu da əlavə ediblər ki, direktor bayramlarla yanaşı, məktəbin işlərini həll etmək üçün də valideynlərdən pul istəyir:"Məktəbdə hər şey pulla həll olunur. Hətta məktəbə süpürgə, təbaşir və digər ləvazimatlar almaq üçün də bizdən pul istəyirlər. Artıq bezmişik onun əlindən – deyən valideynlər buna bir çarə BİLƏN TAPILACAQMI”.

Pul vermədikdə ciddi problemlərlə üzləşdiklərini bildirən valideynlər məsələ ilə bağlı dəfələrlə şikayət etdiklərini söyləyiblər:"İcra hakimiyyətində onu qoruyan adam var, ona görə də şikayətlərimizə baxılmır. Bütün aidiyyəti qurumlar yaxşı bilir ki,Ülviyyə xanım açıq bazar yaradıb. Pul vermək istəməyən valideyinlər hər cür təhqir olunur, uşaqları müxtəlif formalarda cəzalandırılır. Məsələn, pis sinifə yazılır, müəllim dərs vaxtı ona diqqət eləmir, necə oxumasından asılı olmayaraq, "əla” qiymətdən birdəfəlik məhrum edilir, məktəbdə təşkil olunan tədbirlərə buraxılmır və s. Bu məhrumiyyətlərlə üzləşmək istəməyənlər isə borc da olsa pul tapıb verirlər”.

Şikayətçinin qeyd etdiyi icrada bu məktəb direktorunu himayə edən şəxs, dəfələrlə Neftçala rayonunda məktəb, baxça rəhbərlərinin himayədarı bütün mediaya və cəmiyyətə məlumdur.

Sözügedən Neftçala şəhər 1 saylı tam orta məktəbin direktoru Abdullayeva Ülviyyə xanımla telefon vasitəsilə ilə əlaqə saxlamaq istəsəkdə (021 26) 3-16-51 nömrəsinə cavab verən olmadı.(BakuNews.Az)

Neftçala rayonuda, yerləşən Elton Həbibov adına 4 saylı orta məktəbdə 8 mart bayramı ilə əlaqədar şagirlərdən pul yığılır. Bu barədə saytımıza övladları sözügedən məktəbdə oxuyan valideynlər məlumat veriblər. Onların sözlərinə görə, pulməktəbin direktoru Şəfəq xanımın göstərişi ilə toplanır: "Balaşova Şəfəq məktəbi rüşvət və korrupsiya bataqlığına çevirib. Məktəbdə hər şey rüşvətlə həll edilir. Qarşıdan gələn 8 mart günü öncəsi pul yığdırır. Bu proses hər il bütün bayramlar öncəsi gedir. Məktəbdə yığılan pullar Şəfəq xanıma çatır. Pullar da onun şəxsi göstərişi ilə yığılır”.https://politico.az/xeber/5819

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(uluyol.info)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26