Interposta.Info

Almaniya-Türkiyə qarşıdurması:

Gündəm
 2-08-2017, 17:20     10 453

Qabil Hüseynli: “Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasət Türkiyənin ənənəvi tərəfdaşlarıı ilə münasibətlərinin bir -bir korlanmasına gətirib çıxarır”

“Türkiyənin Almaniya kimi bir güclə baş-başa gəlmək istəyinin mənasını anlamaq çətindir”.

interposta.info
xəbər verir ki, bu fikirləri Pia.az-a politoloq Qabil Hüseynli Almaniya-Türkiyə münasibətlərinin son durumunu şərh edərkən bildirib.

Xatırladaq ki, Almaniya və Türkiyə arasında qaşıdurma getdikcə daha dramatik vəziyyət almaqdadır. Almaniya höküməti dünən Avropa Birliyindən Türkiyəyə qarşı maliyyə sanksiyalarının tətbiq olunmasını tələb edib. Bu barədə Reuters agentliyi məlumat yayıb. Agentliyik əlində olan sənədlərə əasalanaraq Türkiyəyə sanksiyaların tətbiq edilməsi ilə bağlı Federal hökümətin tələbi AB-nin baş diplomatı Federiko Moqeriniyə və genişlənmədən məsul olan avrokomissar Yohannes Hana ünvanlandığını bildirib. Reuters-də olan sənəddən görünür ki, alman höküməti Türkiyənin AB-yə üzlüyünün müzakirəsinin və bunun üçün ayrılan maliyyə yardımının dayandırılmasını istəyir. Həmçinin alman höküməti gömrük birliyinin müasirləşdirilməsi ilə bağlı AB ilə Türkiyə arasında aparılan danışıqların durdurulmasını və Türkiyəyə bütün maliyyə yardımlarının dayandırılmasını tələb edib. Almaniya höküməti bu tələblərini Türkiyə höküməti tərəfindən demokratiya və hüquqi dövlət dəyərlərinin pozulması ilə əlaqələndirib.

Daha əvvəl Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel bəyan etmiçşdi ki, onun ölkəsi Türliyə ilə iqtisadi əməkdaşlığa yenidən baxmağı düşünür. Nazir bildirmişdi ki, Federal hökümət Türkiyəyə kreditlərin verilməsini və Türkiyə iqtisadiyyatına sərmayə qoyulmasını durdura bilər. Öz növbəsində Terkiyənin Xarici İşlər Nazirliyi Ziqmar Qabrielin bu bəyanatını qəbul olnmaz və iki ölkə arasında böhranı daha da dərinləşdirən bəyanat kimi dəyərləndirmişdi.

Qeyd edək ki, Türkiyədən ixrac olunan malların 10 faizi Almaniyanın payına düşür və Almaniya Türkiyənin ixracatında birinci yerdə durur. Türkiyə ixracatının Almaniyaya düşən payı 14 milyard avro edir. Türkiyənin ticarət balansında Almaniya birinci sırada yer alsa da Almaniyanın ticarət balansında Türkiyə ancaq 13-cü yerdə qərar tutub. Bunula belə Türkiyə-Almaniya iqtisadi əlaqələrində əsas yeri Alman şirkətlərinin törəmələrinin Türliyədə geniş şəkildə şəbəkələnməsidir. Türkiyədə alman şirkətlərinin 6 mindən artıq törəməsi fəaliyyət göstərir ki, bu törəmə şirkətlərin Türkiyədən çəkilməsi Anakara üçün ciddi iqtisadi böhrana yol aça bilər. Bundan başqa Tüerkiyə iqtisadiyyatına ciddi qatqı verən turizm sayəsində də Almaniyanın iştirakı böyükdür. Ötən 2016-cı ildə Türkiyəyə gələn turistlərin 15 faizini almanlar təşkil edib.

Faktiki olaraq Almaniyanın Türkiyəyə qarşı iqtisadi sanksiyaları qardaş ölkənin iqtisadiyyatında böhrana yol aça bilər. Bəzi müşahidəçilər hazırda iki ölkə arasında yaşanan dramatik gərginliyi iki dövlət arasında olan gərginlikdən daha çox prezident Ərdoğanla və Türkiyənin hakim partiyasl AKP ilə Almaniya arasındakı problem kimi dəyərləndirirlər.

Türkiyə ilə Almaniya ilə arasında problemin prinsipləri barədə nə demək olar? Türkiyəyə qarşı sanksiyalar tətbiq edilərsə, Türkiyənin verə biləcəyi adekvat cavablar nə ola bilər?

Almaniya-Türkiyə qarşıdurması:

Qabil Hüseynli: “Hər bir halda həqiqət ondan ibarətdir ki, Türkiyəyə Almaniya ilə qarşıdurma siyasəti lazim deyil”.


Mövzu ilə bağlı verdiyi açıqlamasında politoloq Qabil Hüseynli yaranan siyasi mənzərənin Türkiyənin əleyhinə olduğunu və belə davam edərsə Türkiyənin çox şey itirə biləcəyini bildirib. Kiçik və mənasız məsələlər və də hikkələr üzündən bu qədər böyük qarşıdurmanın yaranmasını qardaş ölkə Türkiyənin iqtisadi , siyasi həaytında böyük problemlər yaradacağını qeyd edən politoloqun qənatincə dünyada iki əsas siyasi-iqtisadi mərkəzdən biri olan Almaniya ilə tərs düşmək Türliyə kimi bir regional bir dövlətin arzulaya biləcəyi ən son istək olmalıdr:

“Prezidenti Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasət Türkiyənin ənənəvi tərəfdaşlarıı ilə münasibətlərinin bir -bir korlanmasına gətirib çıxarır. Almaniya ilə münasibətlərin korlanması elə də ciddi məsələlərin üzərində baş verməyib. Yəni Almaniya 5-6 adama siyasi sığınacaq verib və Ərdoğanda həmin adamları fetoçular adlandırır. Həmçini Türkiyədə keçən il keçirilən referendum zamanı Almaniya Ərdoğana və onun nazirlərinə Almaniyada yaşayan Türkiyə vətəndaşlarının iştirakı ilə mitinq keçirməyə icazə verməyib. Türkiyə də öz növbəsində bir neçə Almaniya vətəndaşını PKK-ya dəstək vermək adı altında həbs edib. Bu üzdən də iki ölkə arasında ötən ildən başlayaraq tərəfdalıq və strateji əməkdalıq pozulub. Yaranan inciklik nəticəsində Almaniya “İncirlik hərbi bazası”nda yerləşən və İŞİD-ə qarşı mübarizə aparan təyyarələrini və şəxsi heyəti çıxardıb və Türkiyə isə Almaniya deputatlarına həbs olunan alman vətəndaşları ilə görüşməyə izn vermir. Yəni iki ölkə arasında strateji məsələrdə fikir ayrılığı deyilən bir şey yoxdur. AKP-lilərin Almaniyada mitinq keçirmək həvəsi və digər bu kimi boş və mənasız səbəblər var ortada. AKP-lilərin hikkəsi Almaniya tərəfindən hiddətlə qarşılanıb və Almaniya cavab tədbirləri görüb və görməkdədir. Növbəti cavab tədbiri də Avropa Birliyinin Türkiyə olan yardımlarının dayandırılmasından ibarətdir. Bu yardımların dayandırılması Türkiyəyə böyük zərbə olacaq.

Qabil Hüseynli: “Almaniya Türkiyə iqtisadiyyatı üçün donor rolunu oynayır”.

Ümumiyyətlə, Türkiyənin bəzi addımları heyrət doğurmaya bilmir. Məsələn, bu yaxınlarda Çavuşoğlu çıxış edərək bütün müsəlman ölkələrini Fələstinin müstəqilliyini tanımağa çağırdı. Belə bir çıxış nə vaxtdan Türkiyənin Xarici İşlər Nazirinin səlahiyyətlərinə aiddir? Yaxud da Qətəri ərəb dünyasından qorumaq kimi məsələləri öz öhdəsinə götürməyin Türkiyəyə nə qədər lazım olduğu sual doğrurur.

Mən şəxsən Türkiyə-Almaniya münasibətlərinin pozulmasını heç istəmirəm. Bu münasibətlər Türkiyə iqtisadiyyatının və türk insanın həyatında böyük rol oynayır. İndi Almaniyada 3 milyona yaxın türk yaşayır, kefləri kök, normal cəmiyyətdə və şəraitdə yaşayırlar. Hər il Türkiyəyə yüz milyonlarla avro (euro) pul qazandırırlar. Və bu pullar Türkiyə iqtisadiyyatı üçün donor rolunu oynayır. Siyasi hikkəyə görə uzun illərin üzərində təməl tapan və qarşılıqlı fayda verən Almaniya-Türkiyə tərəfdaşlığını zibil qutusuna atmağı nə mənası var?

İndiki şəraitdə bu münasibətlərin kəskinləşməsi Avropa Birliyi ilə də münasibətlərin pisləşməsinə gətirib çıxarır. Çünki Almaniya Avropa Birliyinin lokomotividir. Və Berlinin dedikləri Avropa bİrliyində hər yerdfə keçərlidir. Almaniya ABŞ-dan sonra dünyada vacib ikinci siyasi mərkəzdir və BMT-nin Təhlükəsizlik Şurasının üzvü olmasa da, Almaniyanın mövqeyi hər yerdə diqqətə alınır. Türkiyənin belə bir güclə baş-başa gəlmək istəyinin mənasını anlamaq çətindir. Məsələ ondadır ki, bu ciddi qarşıdurma hansısa kiçik, lazımsız, mənasız məsələlər üstündə yaranıb. Hər bir halda həqiqəti demək lazımdır və həqiqətdə ondan ibarətdir ki, Türkiyəyə Almaniya ilə qarşıdurma siyasəti lazim deyil”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26