Interposta.Info

Mübariz Mənsimovun növbəti fırıldağı

Gündəm
 29-07-2017, 19:56     12 638

Bir neçə gün öncə "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun rəsmi instagram səhifəsində bir paylaşım medianın diqqətini çəkdi. Azərbaycanlı iş adamı bir neçə il öncə Bodrumda inşa etdiyi "Palmalife" Marina otelində Azərbaycan bayrağının yerindən götürüldüyünü yazmış və onları qınamışdı.

Bayraq məsələsi hər zaman həssas məqam olduğuna görə, bu paylaşım mediada geniş əks olundu. Amma... bir gün sonra iş adamından növbəti paylaşım gəldi. Və məlum oldu ki, cəmi bir gün arayla bayraq yenidən öz yerində dalğalanır.


Bəs onda nə baş vermişdi? Bu, insanların bayraq və vətənpərvərlik duyğularına hesablanmış bir şou idimi? Şou idisə məqsəd nə idi? Şou deyildisə, bəs onda bayraq niyə götürülmüş və niyə təkrar yerindən asılmışdı? Bir neçə gün öncə Bodrumda zəlzələ baş verdiyi, güclü külək və qasırğanın olduğu, bir çox otellərin belə ciddi ziyan çəkdiyi haqqında Azərbaycan mediasında da xeyli xəbərlər dərc olundu. Belə bir güclü küləkdə dəniz sahilində yerləşən dekorativ bir mayakda bayraqların sıradan çıxması və yeniləri ilə əvəz olunması adi bir olay deyilmi? Həm də söhbət təkcə Azərbaycan bayrağından yox, həm də Türkiyə bayrağından gedir. Eyni hal ilə biz Azərbaycanın paytaxtı və rayonlarındakı Bayraq meydanlarında da tez-tez rastlaşırıq.

interposta.info xəbər verir ki, digər tərəfdən "Qaynarinfo"-nun əldə etdiyi fotolardan da aydın görünür ki, istər otelin girişindəki "Old City" yazısının yanında Bakının simvolu olsun, istər həmin dekorativ mayakdan iki qardaş ölkənin rəmzləri sayılan bayraqlar olsun, onlar Mübariz Mənsimovun vaxtında da götürülübmüş. Təqdim etdiyimiz fotoların üzərindəki tarixlər də bunu sübut edir: 26 noyabr 2015-ci il.
Mübariz Mənsimovun növbəti fırıldağı
Mübariz Mənsimovun növbəti fırıldağı




Elə isə indi bu haray-həşirin mənası nədir? Deməli, söhbət bayraqdan getmir, hansısa alt niyyət var.

Maraq xatirinə internet üzərindən araşdırmalara başladıq. Məlum oldu ki, iyulun 23-də Mübariz Mənsimovun Türkiyənin "Habertürk" saytında bu otellə bağlı müsahibəsi dərc olunub. İş adamı müsahibəsində "Beşiktaş"ın prezidenti Fikret Ormanla birlikdə ilin sonuna qədər bu oteli yenidən almaq istəyir.

Həm də bu şou Mübariz Mənsimovun Azərbaycandakı şirkəti - "Palsüd"ün çoxsaylı sadə kəndlidən yığdıqları südün pulunu 2 ilə yaxın bir müddətdə ödəməməsi ilə bağlı yazılardan dərhal sonra başlandı. Axı bayrağı bayraq edən də elə bu sadə insanlar və onların zəhmətidir!

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26