Interposta.Info

Markaryanlar, murdar başınız kəsiləcək... – Ramil Səfərov

Gündəm
 6-07-2017, 11:51     2 191

Hərbçimiz Ramil Səfərov İnstaqram səhifəsində Füzulinin Alxanlı kəndində ermənilər tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhra haqda yazıb.
Markaryanlar, murdar başınız kəsiləcək... – Ramil Səfərov

Qəhrəman hərbçimiz Zəhranın cansız bədəninin fotosunu paylaşaraq, “Ey bu məsum körpəni şəhid edən murdar MARKARYANLAR, bilin ki, dünyanın harasına qaçsanız, nə qədər vaxt ötsə də, bir gün o murdar başınız mütləq kəsiləcək! Ramil Səfərova “ədalət” məhkəməsi quran dünya bəs indi hara baxır? Narahat olmasınlar, biz ədaləti özümüz təmin etməyi bacarırıq”, - sözlərini qeyd edib.

Xatırladaq ki, iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26