Interposta.Info

Məhəmmədi gölünün ətrafındakı evlərin problemi həll edilir -

Gündəm
 2-06-2017, 22:26     878

Abşeron rayonu ərazisində Məhəmmədi gölünün ətrafındakı evlərin subasması problemi birdəfəlik həll edilir.
interposta.info Xezerxeber.az-a istinadən bildirir ki, göldən suyun kənarlaşdırılması üçün işlərə başlanılıb. Bununla da suyun səviyyəsinə nəzarət etməklə ərazidə subasmanın qarşısı alınacaq.

Gölə axıdılan qrunt və yağış suları çəkilən borular vasitəsi ilə kənarlaşdırılacaq. Gölün səviyyəsində mütəmadi ölçmələr aparılaraq daşmasının qarşısı alınacaq.
Böyükşor gölünün səviyyəsinin saxlanması üçün də layihə artıq başlanılıb. Bundan əlavə mütəmadi subasma baş verən Binəqədəi şossesi, Dadaş Bünyadzadə Küçəsi, Xətai rayonunda Kazımağa Kərimov küçəsi boyunca yağış sularının kənarlaşdırılması üçün kollektorların tikintisinə başlanılıb.

XezerBiz.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26