Vahid Əliyev niyə “vuruldu”? -

Azərbaycan prezidentinin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev vəzifəsindən azad olunub
Onun səlahiyyətləri Fuad Ələsgərova həvalə olunub. F.Ələsgərov prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi təyin olunub.
Bu, kifayət qədər ciddi dəyişiklikdir. Heç şübhəsiz ki, Vahid Əliyevin vəzifəsindən azad olunmasının arxasında Azərbaycan Ordusundakı son proseslərin – “Casus işi”nin rolu var.
interposta.info xəbər verir ki, adının çəkilməsini istəməyən ekspertlərdən biri “AzPolitika”ya açıqlamasında bu ehtimalı yüksək qiymətləndirib: “Görünür belə böyük biabırçılıqdan sonra Prezident bu qərara gəlib ki, Vahid Əliyev vəzifəsinə yararsız kadrdır”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26