Interposta.Info

Azərbaycanlılara seçki xəbərdarlığı:

Gündəm
 29-04-2017, 20:16     690

İranda seçki zamanı etnik azlıqlarla bağlı məsələyə xüsusi diqqət yetirilməlidir.

Bunu jurnalistlərə açıqlamasında İranın Qərbi Azərbaycan vilayətinin Mərkəzi Seçki Komissiyasının sədri Əlirza Radfər söyləyib.

“Seçkilər ölkədəki sabitliyi və milli təhlükəsizliyi daha da gücləndirməlidir. Ona görə də hər kəs, xüsusilə də kütləvi informasiya vasitələri etnik azlıqlarla bağlı mübahisələrdən uzaq durmalıdırlar. Etniklərlə əlaqədar mübahisələr Qərbi Azərbaycan vilayəti və ölkənin xeyirinə deyil. İnternetdə seçkilərlə əlaqədar təbliğat işləri ilə məşğul olanlar da diqqətli olmalıdırlar. Onlar etnik məsələlərdən uzaq durmağa çalışsınlar. Unutmasınlar ki, onların bütün fəaliyyəti diqqətlə izlənilir”- deyə o bildirib./axar.az

Qeyd edək ki, İranda növbəti prezident seçkisi mayın 19-da keçiriləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26