Interposta.Info

Stokholmdakı hücumlar

Gündəm
 11-04-2017, 20:35     514

Son dövrlərdə Avropa, Türkiyə və Rusiyada baş verən terror hadisələrində bir xüsus diqqəti cəlb edib.

Bu da qanlı terror aktlarını həyata keçirən şəxslərin əsasən Mərkəzi Asiya, daha konkret ifadə edilsə, özbək mənşəli olmasındadır.

Musavat.com bu detalın Qərb KİV-lərinin də gözündən qaçmadığını xəbər verir.

“Stohkolmdakı son hücum Qərbin xüsusi xidmət orqanlarının nəzərlərini Orta Asiyanın keçmiş sovet respublikalarına zillənməsinə səbəb olub”, “The Wall Street Journal” yazır.

“Hələ Stokholmdakı hadisədən öncə bu regionun vətəndaşları Türkiyədə Atatürk hava limanında və Sankt-Peterburq metrosunda törədilən qanlı hadisələrin əsas şübhəliləri hesab olunurdu”, - qəzet qeyd edir.

Qəzet İsveç hakimiyyərinin bu ilin fevralın 24-dən deportasiya olunmasına baxmayaraq ölkəni tərk etməyən Rəhmət Akilovun da Özbəkistan vətəndaşı olduğunu vurğulayır.

Stokholmdakı hücumlar

“İŞİD-in tərkibində vuruşanların içərisində Mərkəzi Asiyadan çıxanlar həddən artıq çoxdur. Onlar müharibə başa çatdıqdan sonra öz qanlı məqsədlərini yerinə yetirmək üçün Türkiyəyə, oradan da Avropaya geri qayıdırlar”, - Vaşinqtonda yerləşən Jamestown Foundation araşdırma mərkəzini eksperti Cekob Zenn rəy bildirib.

“Mərkəzi Asiyadan çıxan radikalların izlənilməsi Avropa dövlətləri üçün olduqca çətindir. Çünki həmin dövlətlərin region üzrə güclü kəşfiyyat biliklərinə malik Rusiya və Türkiyə kimi ölkələrlə münasibətləri ürəkaçan deyil”, - məqalədə göstərilib.

Bu səbəbdən bəzi Avropa dövlətləri terrorçuluqla mübarizə aparılması məqsədilə Rusiya ilə əməkdaşlığın yenidən canlandırılmasının tərəfdarıdır. Lakin bu bir çoxları üçün olduqca səmərəsiz təklif kimi görünür.

“Çətin ki, ruslar bizə faydalı kəşfiyyat məlumatları verə bilsin”, - ABŞ-ın Atlantic Council araşdırma şirkətinin eksperti Anders Aslund qeyd edib.

Almaniyanın “Sueddeutsche Zeitung” qəzetinin yazarı Tomas Hummel də Türkiyə və Avropada bir çox terror aktlarının məhz bu regiondan çıxan şəxslər tərəfindən törədildiyinə diqqət çəkib.

Müəllif Türkiyədə “Reina” əyləncə mərkəzində 14 nəfərin ölümünə baiskar olan terrorçunun özbək olduğunu qeyd edir. Məqalədə Sankt-Peterburq metro terrorunu icraçısının Qırğızıstanın Oş vilayətindən olan özbək mənşəli şəxs olduğunu yazılıb.
Stokholmdakı hücumlar

“Beləliklə, Özbəkistan İŞİD tərəfindən terrorun mərkəzi halına gətirilir. Son məlumatlara əsasən, İŞİD tərkibində Orta Asiyadan 5 min nəfərin döyüşdüyü bildirilir”.

Nyu-Yorkda yerləşən Kolumbiya universitetinin araşdırmaçısı Edvard Ceyms Leon Orta Asiyadakı siyasi və iqtisadi vəziyyətin həmin ölkələrin gənc insanlarının İŞİD üçün asan ova çevirdiyini yazıb.
Stokholmdakı hücumlar

Bundan başqa, radikal “Özbəkistan islam hərəkatı” təşkilatı da indi Orta Asiyanın ən təhlükəli, ekstremist qruplarından birinə çevrilib. Əvvəllər bu təşkilat İslam Kərimov diktaturası, məmur özbaşınalığı və korrupsiyaya qarşı mübarizə aparırdısa, indi daha çox qlobal cihada maraq göstərir. 2015-ci ildə isə o da Şimali Qafqazdakı “Qafqaz əmirliyi” kimi İŞİD-ə biət göstərdiyini bəyan edib.
Bütün bunlar təşkilatın Almaniyadakı şəbəkəsini xeyli dərəcədə artırıb”,- məqalədə qeyd olunur./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26