Interposta.Info

Biləsuvarda etiraz aksiyası -

Gündəm
 5-04-2017, 17:48     972

Biləsuvarda bir qrup sakin etiraz aksiyası keçirir.

interposta.info BakiPost.az-a istinadən xəbər verir ki, etirazçılar rayondan keçən Bakı-Astara yolunu bağlayıblar. Aksiyanın səbəbi isə sosial yardımların xeyli müddətdir, verilməməsidir.

Hazırda sözügedən yolda hərəkət tamamilə dayanıb, böyük tıxac yaranıb.

14:38
***

Biləsuvarda keçirilən etiraz aksiyası dağıdılıb.

Bu dəqiqələrdə əraziyə cəlb olunan polis qüvvəsi aksiya iştirakçılarını dağıdıb. Hadisə şahidlərinin sözlərinə görə, bir neçə nəfər etirazçı saxlanılıb, onlar polis maşınlarına mindirilərək şöbəyə aparılıb.

Biləsuvardan keçən hissəsində nəqliyyatın hərəkəti bərpa olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26